"Fənərbağça"dan 8 mart hədiyyəsi
"Fənərbağça" klubu qadın volyebolçusunun heykəlini yüksəldəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər"in qadınlardan ibarət voleybol komandasında 2008-ci ildən çıxış edən Eda Ərdəmin heykəli 8 martda stadionun önündə yüksəldiləcək.
"Fənərbağça" klubunun rsəmi səhifəsində məsələ ilə bağlı açıqlamada :"Eda Erdem 2008-ci ildən bu yana komandaya sadiqliyini nümayiş etdirib. Dəfələrlə qələbəmizin əsas pay sahiblərindən olub. Sadəcə heykəllə iş bitmir. Biz Edaya çox şey borcluyuq",-deyilib.
Qeyd edək ki, Eda Ərdəmin heykəlnin açılış mərasimi martın 8-də olacaq.