"Fənərbağça"dan ardıcıl transferlər
"Fənərbağça" heyətinə 2 yeni futbolçu qatıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi "Köln"dən ayrılan 25 yaşlı yarımmüdafiəçi Maks Meyeri, həmçinin "Zalsburq"dan 23 yaşlı hücumçu Mergim Berişanı transfer edib. Meyerle 2, Berişa ilə isə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Meyer bu il bir neçə ay "Köln"də çıxış etsə də, Berişa 2017-ci ildən "Zalsburq"da oynayırdı.