"Fənərbağça"dan ayrılan oyunçunun yeni komandası bəlli olub
Fənərbağça U-19 ilə müqaviləsi başa çatan Mehmet Can Gürelerin yeni ünvanı bəlli olub.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "Karacababey Belediyespor" klubu 19 yaşlı müdafiəçini heyətinə qatıb.
"Karacabey", futbolçunu 1 mövsümlüyünə "Bursa Yıldırımspor"a icarəyə göndərib.
Qeyd edək ki, Fatih Terim "Panatinaikos"da çalışarkən Mehmet Canın transfer edilməsini istəmişdi.