"Fənərbağça"dan "Konyaspor"a

Jose Mourinyonun növbəti mövsüm komandada düşünmədiyi Umut Nayirin yeni komandası müəyyənləşir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Konyaspor" klubu türkiyəli hücumçunu heyətinə qatmaq istəyir.

"Ağ-yaşıllar" qısa müddət ərzində transferi bitirməyi planlaşdırırlar.

Qeyd edək ki, Umut Nayır ötən mövsümü "Konyaspor"da keçirib və 18 rəsmi oyuna çıxıb.Təcrübəli futbolçu bu görüşlərdə aktivinə 5 qol və 1 asist yazdırıb.