"Fənərbağça"dan yeni transfer
"Fənərbağça" transfer bazarında çox aktiv hərəkət edir.
Sportline.az xəbər verir ki, klub, "Samsunspor"un hücumçusu Antoni Musaba üçün danışıqları %99 tamamladığını bildirən xəbərlər yayıldı.
Musabanın "sarı‑lacivərtlilər"lə imza mərhələsinə çox yaxın olduğu iddia olunur.
Hücum xəttini gücləndirmək istəyən "Fənərbağça" rəhbərliyinin Musaba ilə razılığa gəldiyi, rəsmi açıqlamanın isə qısa müddət ərzində veriləcəyi gözlənilir.