"Fənərbağça"nın istəyi baş tutmayacaq

"Fənərbağça" voleybol klubu Türkiyə millisinin aparıcı simalarından sayılan Varqası heyətə qatmaq niyyətindədir.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular mövsümün ikinci yarısında təcrübəli oyunçunun xidmətindən yararlanmağı planlaşdırırdılar.

Amma, "sarı-lacivərtlər"in bu istəyi baş tutmayacaq.

Səbəb Varqasın çıxış etdiyi Çin çempionatının fevral ayında bitməsidir.

Bununla bağlı olaraq Varqasın "Fənərbağça"ya dönüşü təxirə düşəcək.

Qeyd edək ki, millinin son uğurlarında əsas pay sahiblərindən olan voleybolçu Çinin "Tianjin Bohai Bank" klubunda forma geyinir.