“Fənərbağça”nın prezidenti dəyişdi
“Fənərbağça”da yeni prezident seçildi.
Sportline.az xəbər verir ki, “Fənərbağça” klubunda keçirilən seçkilərdə prezidentlik uğrunda mübarizə başa çatdı. Yeddi illik Ali Koç dövrü sona çatdı və klubun yeni rəhbəri Saadettin Saran oldu.
Seçkilərdə ümumilikdə 24 min 800 nəfər səs verdi. Gərgin yarışda Saadettin Saran rəqibi Ali Koçu cəmi 257 səs fərqi ilə qabaqlayaraq prezident kürsüsünə əyləşdi.