"Fənərbağça"nın sabiq hücumçusu "Alanyaspor"da

Super Liqa komandalarında "Alanyaspor" Serdar Dursunu heyətinə qatdığını açıqlayıb.

Sportline.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Ötən mövsümün ikinci dövrəsini "Fənərbağça"da keçirən 32 yaşlı futbolçu komandası ilə çıxdığı 35 oyunda 9 qol vurub, 2 asist edib.

Qeyd edək ki, Serdar Dursun daha əvvəl Almaniyada "Darmştad" və "Qroyter Fürt" klublarının formasını geyinib.O, 2021-ci ildən çıxış etdiyi Türkiyə millisində 7 qola imza atıb.