"Fənərbağça" iştirak ərizəsini UEFA-ya təqdim edib

Uefa Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Luqano" ilə qarşılaşacaq "Fənərbağça"nın heyəti açıqlanıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Samet Akaydın, Levent Mercan, Luan Peres, Miqel Krespo, Miha Zayç, Çenqiz Ünder, Emre Mor, Burak Kapacak və Umut Nayır heyətə daxil edilməyib.

"Sarı-lacivərtlilər"in matça qədər heyətdə 2 dəyişiklik etmək hüququ var.

UEFA-nın rəsmi hesabında yer alan məlumata görə "Fənərbağça"nın heyəti belədir:

Qapıçılar: Dominik Livakoviç, İrfan Can, Ertuğrul Çetin.

Müdafiəçilər: Çağlar Söyüncü, Aleksandr Ciku, Mert Müldür, Ceydon Ostervolde, Rodriqo Bekao, Osayi-Samuel

Yarımmüdafiəçilər: Ismail Yüksek, Ferdi Kadıoğlu, Mert Hakan, Ryan Kent, İrfan Can Kahveci, Bartu Elmaz, Rade Kruniç, Fred, Şmanski, Oğuz Aydın.

Hücumçular: Edin Ceko, Duşan Tadiç, , Cenk Tosun, Allan San-Maksimin.

Qeyd edək ki, "Fənərbağça" "Luqano" ilə ilk görüşünü iyulun 23-də İsveçrədə keçirəcək.