“Fənərbağça”nın yeni baş məşqçisi bəlli olub
"Fənərbağça" klubunun yeni baş məşqçisinin adı məlum olub.
Sportline.az xəbər verir ki, Türkiyə nəhəngi italiyalı məşqçi Domeniko Tedesko ilə razılığa gəlib. Bu barədə "Fənərbağça" klubu məlumat yayıb.
Məlumata görə, məşqçi ilə 2 illik razılıq əldə edilib.
Bildirilir ki, italiyalı məşqçinin köməkçilərindən biri Türkiyə yığmasının və "Fənərbağça"nın formasını geyinmiş Gökan Gönül olacaq.