"Fənərbağça"nın yeni transferi

"Fənərbağça" basketbol komandası yeni transferini açıqlayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "sarı-lacivərtlilər" kanadalı basketbolçu Kem Birçlə 1 illik müqavilə imzalayıblar.

31 yaşlı basketbolçu son olaraq İspaniyanın "Jirona" klubunda çıxış edib.

Qeyd edək ki, təcrübəli oyunçu daha əvvəl NBA-da "Orlando Mecik" və "Toronto Reptors", Türkiyədə isə "Uşak Sportif"in formasını geyinib.