“Fənərbağça”nın yeni transferi İstanbulda
“Fənərbağça”nın transfer danışıqlarına başladığı Matteo Genduzi İstanbula gəlib.
Sportline.az xəbər verir ki, fransız yarımmüdafiəçi “Fənərbağça” klubunun idarə heyətinin üzvləri Taner Sönmezər, Ertan Torunoğulları və idman direktoru Devin Özeklə birlikdə Sabiha Gökçen Hava Limanından İstanbula daxil olub.
26 yaşlı futbolçunun tibbi müayinələrdən keçdikdən sonra “Fənərbağça” ilə rəsmi müqavilə imzalaması gözlənilir.