"Fənərbağça"nın yeni transferi sabah İstanbula gələcək

"Fənərbağça" "Sevilya"nın oyunçusu Yousef El-Nesrini heyətinə qatıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 27 yaşlı futbolçu rəsmi müqavilə imzalamaq üçün iyulun 24-də İstanbula gələcək.

Mərakeşli hücumçu "Fənərbarbağça"nın Çempionlar Liqasında Luqanoya qarşı keçirəcəyi ikinci oyunda heyətdə yer ala biləcək.

Qeyd edək ki, "Sevilya" klubu ötən gün rəsmi hesabından En-Nesrinin komandadan ayrıldığını açıqlamışdı.

2020-ci ildən Əndəlüs klubunda çıxış edən təcrübəli hücumçu bu müddət ərzində 196 oyun keçirib və aktivinə 73 qol, 7 asist yazdırıb.