"Fənərbağça"ya 50 milyonluq ulduz

"Fənərbağça" qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportline.az Aspor.com.tr-ə istinadla xəbər verir ki, klubun yeni hədəfi PSJ forması geyinən Qonsalo Ramosdur.

Sezonun əvvəlində heyətinə qatdığı Yusuf el-Nesridən istədiyi performansı görməyən "Fənərbağça" portuqaliyalı futbolçunun transferində israrlıdır.

Qeyd edək ki, 23 yaşlı hücumçu bu sezon PSJ-nin heyətində 1 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.