"Fənərbaxça" qalib gəldi, "Astana" qələbəni əldən verdi

UEFA Çempionlar Liqasında III mərhələ həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün ilk görüşlərə yekun vurulub. İkinci oyun günündə daha 6 qarşılaşma keçirilib.

Türkiyə təmsilçisi "Fənərbaxça" bu mövsüm ilk oyununa çıxıb. Rəqib Fransanın "Monako" klubu olub. İstanbul təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. 

Ötən mövsüm qrup mərhələsinə vəsiqə qazanmaqla diqqət çəkən Qazaxıstanın "Astana" klubu bu dəfə "Seltik"lə qarşılaşıb. Qazaxıstan klubu öndə olsa da, qələbə hesabını qoruya bilməyib.

27 iyul 2016
Çempionlar Liqası
III təsnifat mərhələsi


"Astana" (Qazaxıstan) – "Seltik" (Şotlandiya) - 1:1
Qollar: 
Yuri Loqviyenko, 19 - Leyq Qriffits, 78

"Rusenborq" (Norveç) – APOEL (Kipr) - 2:1
Qollar:
 Kristian Qitkyaer, 23(1:0), Yorgen Skjelvik, 45+1 (2:0),  Georgios Efrem, 78 (2:1)  

"Astra" (Rumıniya) – "Kopenhagen" (Danimarka) - 1:1
Qollar: Filip Teyşeyra, 7 (1:0),  Tomas Delaney, 64 (1:1)

"Fənərbaxça" (Türkiyə) – "Monako" (Fransa) - 2:1 
Qollar:
 Emenike, 39 (1:0), Falkao, 42 (1:1), Emenike, 61 (2:1)
"Trençin" (Slovakiya) – "Legiya" (Polşa) - 0:1  
Qol: 
Nemanya Nikoliç, 69

"Olimpiakos" (Yunanıstan") – "Hapoel" (Beer-Şeva, İsrail) - 0:0