"Fənərbaxça" İtaliya klubundan güclü oldu
Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Fənərbaxça" daha bir yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib İtaliya klubu - "Kalyari" olub.
Matçın taleyini bir qol həll edib. Matyö Valbuenanın qolu İstanbul təmsilçisinə qələbə qazandırıb.