"Fənərbaxça" uduzdu
Türkiyə Super Liqasında 32-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.
"Başakşəhər"in qonağı olan "Fənərbaxça" uduzaraq çempionluq imkanlarını, demək olar ki, heçə endirib. Sona iki tur qalmış rəqibini 6 xal qabaqlayan "Beşiktaş"a çempionluğu rəsmiləşdirmək üçün bir xal kifayətdir.
Digər matçda isə "Konyaspor" "Kasımpaşa"nı əliboş yola salıb.
09 may 2016
Super Liqa, 32-ci tur
"Başakşəhər" - "Fənərbaxça" - 2:1
QOLLAR: Edin Visşa, 60; 65 - Mehmet Topal, 80
"Konyaspor" - "Kasımpaşa" - 2:0
QOLLAR: Omeruo, 40/a.q.; Abdou Razak Traore, 58