Fergüson "Qarabağ"ı xatırladı

Şimali İrlandiyanın “Linfild” klubunun qapıçısı Roan Fergüson ötən yay Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları yada salıb.

Sportline.az xəbər verir ki, o, ölkəsinin mətbuatına müsahibəsində deyib:

“Biz işimizin öhdəsindən layiqincə gəlirdik. Əvvəl “Torshavn”ı, sonra "Sutyeska"nı çıxardıq. “Qarabağ”la matçlarda isə bəxtimiz gətirmədi. Elə çox komanda yoxdur ki, onlar yalnız vurulan və buraxılan qollardakı nisbətə görə qrupa düşə bilməsin”.

Xatırladaq ki, səfərdəki oyunda “Qarabağ” 2:3 hesabı ilə uduzsa da, Bakı 2:1 hesabı ilə qələbə qazanıb. Ağdam təmsilçisi səfərdə daha çox qol vurması sayəsində mərhələ adlayıb.