Fərid Nəbiyevin komandasından 1 xal

Çexiya 2-ci divizionunda 25-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə “Vysehrad"la qarşılaşıb. Görüş qolsuz başa çatıb.

Fərid matçın 64-cü dəqiqəsində meydana çıxıb. Bu mövsüm iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, “Viktoriya” hazırda 45 xalla 16 komanda arasında 3-cü pillədə qərarlaşıb. Jijkov təmilçisini lider "Pardubitse"dən 12 xal ayırır.