Fernandeş Mançester klubuna transfer olacaq
"Vest Hem Yunayted"in futbolçusu Mateuş Fernandeş yayda komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" sözügedən oyunçu ilə ciddi şəkildə maraqlanır.
Bu haqda "Tele Football" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Fernandeşin dəyəri 35 milyon avrodur.