Fernandeş "Mançester Yunayted"ə keçir

"Vest Hem"in futbolçusu Mateuş Fernandeş yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 21 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Fernandeş cari mövsüm meydana çıxdığı 40 matçda 5 qol, 4 asistlə yadda qalıb.