Fernandu Santuş: "Hər oyuna qələbə istəyi ilə çıxırıq"
"Hər oyuna qələbə istəyi ilə çıxırıq".
Sportline.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək Estoniya və Slovakiya ilə oyundan öncə mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis komandaya güvəndiyini söyləyib:
"Slovakiya da zəif rəqib deyil. Mən komandama güvənirəm. Mentaliteti dəyişmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Gələcək üçün nələri dəyişmək lazım olduğunu bilirik. Bir çox futbolçular özləri haqqında düşünürlər. Ölkədə futbolun inkişafını istəyirksə, fərdilikdən əl çəkməliyik".
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.