FHN əməkdaşından Avrasiya çempionatında uğurlu çıxış
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda “kempo full və kempo submission” (qrapplinq gi) üzrə Avrasiya çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SportLine.az saytına verilən məlumata görə, Şağan Olimpiya İdman Kompleksində təşkil olunan çempionatda Avropa və Asiya ölkələrini təmsil edən 12 komandanın heyətində 300-dək idmançı mübarizə aparıb.
Çempionatda nazirliyin əməkdaşı Ülvi Sadıqov 85 kiloqram çəki dərəcəsində 18 yaşdan yuxarı idmançılar arasında birinci yeri tutub.