FIFA-dan futbolçulara xüsusi icazə

FIFA futbolçulara bir mövsüm ərzində 3 klubda oynamağa icazə verib.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, müvəqqəti icazədir. Koronavirus pandemiyası ilə əlaqədar oyunçuların işsizlik riskini azaltmaq üçün bu qərar verilib. Müvəqqəti dəyişiklik artıq qüvvəyə minib.

Qeyd edək ki, buna qədər FIFA qaydalarına əsasən, futbolçu mövsüm ərzində yalnız iki klubda rəsmi oyunlara çıxa bilərdi.