FİFA prezidenti İlham Əliyevlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də FİFA-nın prezidenti Gianni İnfantinonu və baş katibi Fatma Samouranı qəbul edib.

SportLine.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Canni İnfantino FİFA-nın xatirə hədiyyələrini dövlətimizin başçısına təqdim edib.