FİFA referimiz yeni təyinat alıb

FIFA referimiz Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

Sportline.az xəbər verir ki, 31 yaşlı hakim İsraildə "Hapoel" (Ber-Şeva) və Avstriyanın "Austriya" (Vyana) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununu idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 3-dəki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Banner