Azərbaycan millisi gümüş medalla kifayətləndi

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişilərin voleybol yarışına yekun vurulacaq. SportLine.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan komandasının ardınca, bu yarışda da seçməmiz qızıl medallar uğrunda mübarizə aparacaq. Həlledici görüşdə rəqib İran millisi olacaq.

Bürünc medalların sahibi isə Türkiyə - Əlcəzair duelində bəlli olacaq.


21 may 2017
Bakı-2017, VOLEYBOL

3-cü yer uğrunda oyun

Türkiyə – Əlcəzair - 1:3

FİNAL

İran – Azərbaycan - 3:0 (25:16; 29:27; 25:18)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.