Finlandiya - Azərbaycan matçının hakimləri bəlli oldu
21 yaşadək futbolçuların Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində keçiriləcək Finlandiya - Azərbaycan matçının hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşma danimarkalı hakimlər briqadasına həvalə olunub.
Görüşdə əsas söz sahibi Peter Kyaesqaard-Andersen olacaq. Ona Henrik Sonderbyu və Yakob Bille kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sandi Putros yerinə yetirəcək.
Qeyd edək ki, Finlandiya - Azərbaycan matçı oktyabrın 7-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.