"Flamenqo"dan 36 milyon avroluq transfer
"Vest Hem Yunayted"in yarımmüdafiəçisi Lukas Paketa karyerasını yenidən "Flamenqo"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, Brazilya klubu bu keçid üçün qarşı tərəfə 36 milyon avro ödəməyə hazırdır.
Bu haqda jurnalist Mario Korteqana məlumat yayıb.
Qeyd edək ki, L.Paketa cari mövsüm meydana çıxdığı 19 matçda 5 qol, 1 asistlə yadda qalıb.