"Botafoqo"dan Avropa futboluna
"Botafoqo"nun futbolçusu Danilo karyerasını Avropa futbolunda davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" 25 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Globo Esporte" nəşri məlumat yayıb.
Qeyd edək ki, Danilo cari mövsüm meydana çıxdığı 22 matçda 10 qol, 3 asistlə yadda qalıb.