Flavinyonun sevimli "11-liyi"
“Neftçi”nin sabiq futbolçusu Flavinyo ən yaxşı hesab etdiyi "11-liyi" izləyicləri ilə bölüşüb.
Sportline.az xəbər verir ki, “Netfçi”nin 41 yaşlı sabiq hücumçusu 2011-2014-ci illərdə çıxış etdiyi paytaxt klubunda ən sevimli 11 oyunçusunun adını açıqlayıb.
O, qapıda Saşa Stamenkoviç, müdafiədə Denis, Mitrevski, Kardozo, Bertuççi, yarımmüdafiədə Ramos, Rəşad Sadiqov, Javiça hücumda isə, Kanalyes, Vobay və özünə yer verib.
Qeyd edək ki, Flavinyo “Neftçi”də çıxış etdiyi illərdə 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə isə, ölkə kubokunu başı üzərinə qaldırıb.