Foden gələcək həyatını belə görür
"Mançester Siti"nin futbolçusu Fil Foden maraqlı açıqlama ilə diqqət çəkib.
Sportline.az xəbər verir ki, ingiltərəli oyunçu karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağını açıqlayıb.
"Karyeramı bitirdikdən sonra balıq ovçuluğu ilə bağlı videobloqla məşğul olacağam. 5 yaşımda ikən atam məni balıq tutmağa aparırdı. O vaxtdan bu işə vurğunam. Bundan sadəcə ləzzət alıram. Avropa çempionatı vaxtı məskunlaşdığımız ərazidə kişik göldə də balıq tutmuşdum", - deyə Foden " Goal"ın suallarını cavablandırıb.
Qeyd edək ki, 2017-ci ildən "Mançester Siti"nin şərəfini qoruyan 24 yaşlı futbolçu rəqib qapılarından 87 top keçirib.