Foden klubdan ayrılmayacaq

"Mançester Siti"nin futbolçusu Fil Foden klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist David Ornşteyn məlumat yayıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçinin "şəhərlilər"lə hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, F.Foden bu mövsüm meydana çıxdığı 46 matçda 10 qol, 5 asistlə yadda qalıb.