Foden "Mançester Siti" ilə yeni müqavilə imzalayacaq
"Mançester Siti"nin futbolçusu Fil Foden klubla yeni müqavilə imzalayacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist David Ornşteyn məlumat yayıb.
25 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 46 oyunda 10 qol, 5 asistlə yadda qalıb.
Qeyd edək ki, F.Fodenin klubla hazırki sözləşməsi 2027-ci ilin yayına qədərdir.