Foden qərarını verdi

"Mançester Siti"nin futbolçusu Fil Foden karyerası ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, ingiltərəli oyunçu klubla yeni müqavilə imzalamaq niyyətindədir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, F.Foden cari mövsüm meydana çıxdığı 46 matçda 10 qol, 5 asistlə yadda qalıb.