Fransa çempionatının başlama vaxtı

Fubol üzrə Futransa çempionatı (Liqa 1)-də 2020/2021 mövsümü avqustun 22-də start götürəcək.

Sportline.az xəbər verir ki, ilk turun oyunları 22-23 avqustda keçiriləcək. 

Mövsümdə fasilə dekabrın 23-dən 2021-ci il yanvarın 6-dək veriləcək. Çempionat mayın 23-də başa çatacaq. Mayın 27-də və mayın 30-da isə 2021/2022 mövsümündə elitada çıxış etmək uğrunda pley-off matçları keçiriləcək.

Qeyd edək ki, Fransa Liqa 1 38 turdan 28-i keçirildikdən sonra koronavirusla əlaqədar vaxtından əvvəl yekunlaşdırılıb və PSJ çempion elan olunub.