Fransa Kuboku: “Lans” finalda

Futbol üzrə Fransa kubokunda ilk finalçının adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, birinci yarımfinal qarşılaşmasında "Lans" doğma divarlar arasında "Tuluza"nı qəbul edib.

Görüş meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb: 4:1.

"Lans"ın finaldakı rəqibi "Strazburq" - "Nitsa" cütünün qalibi olacaq.