Fransa millisində oynayacaq

"Liverpul"un hücumçusu Uqo Ekitikenin zədəsinin ciddi olmadığı məlum olub.

Sportline.az xəbər verir ki, fransalı forvard Premyer Liqanın 31-ci turunda "Brayton"la keçirilən oyunda (1:2) erkən – 8-ci dəqiqədə zədələnərək əvəzlənmişdi.

Məlumata görə, bu zədə futbolçunun Fransa millisinin mart ayındakı təlim-məşq toplanışına qoşulmasına mane olmayacaq.