Fransa və İspaniya qələbə qazandı
Ötən gecə dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq görüşləri keçirilib. SportLine.az xəbər verir ki, maraqlı oyunlardan biri İtaliya və Fransa seçmələri arasında olub. Fransa futbolçuları mübarizədən qalib ayrılıblar.
İspaniya səfərdə Belçikanı, Yunanıstan Hollandiyanı üstələyib. Portuqaliya isə Cəbəllütariqə futbol dərsi keçib.
01 sentyabr 2016
Yoldaşlıq görüşləri
Belçika – İspaniya – 0:2
Qollar: Silva, 34, 62 (pen.)
Hollandiya – Yunanıstan – 1:2
Qollar: Viynaldum, 14 - Mitroğlu, 29, Yanniotas, 74
Portuqaliya – Cəbəllütariq – 5:0
Qollar: Nani, 27, 55, Kanselo, 73, Silva, 76, Pepe, 79
İtaliya – Fransa - 1:3
Qollar: Pelle, 21 - Martial, 17, Jiru, 28, Kurjava, 83