Fransalı futbolçunun yeni klubu bilinib

Azad agent statusunda olan Antoni Marsial Yunanıstanın AEK klubuna transfer olunub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Afina klubu 28 hücumçu ilə 3 illik müqavilə imzalayıb.

Ötən mövsüm "Mançester Yunayted"in heyətində 19 oyuna çıxan Marsial bu görüşlərdə 2 qol vurub, 1 asist edib.

Qeyd edək ki, fransalı futbolçunun adı yay transfer pəncərəsində Türkiyə klubları ilə hallanırdı.