Fransalı MMA döyüşçüsü intihar edib

Fransız MMA döyüşçüsü Pyer Lüde Marseldəki mənzilində ölü tapılıb.

Sportline.az xəbər verir ki, bu barədə "L'Ardennais" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 22 yaşlı idmançı xüsusi təyinatlı polis bölməsində xidmət edib.

Həmçinin bildirilir ki, Lüde milli polis xidmətinin intihar edən doqquzuncu əməkdaşıdır.

Ludenin peşəkar karyerası 2017-ci ildə başlayıb. Onun altı qələbəsi və bir məğlubiyyəti var. 2019-cu ildə fransalı "M-1 Challenge 101" turnirində döyüşüb və o, qazaxıstanlı döyüşçü Assu Almabayevə məğlub olub.