Fransalı ulduz futbolçu karyerasını bitirib

Yeni mövsüm öncəsi "Komo" ilə razılıq əldə edən Rafael Varan karyerasını bitirdiyini açıqlayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 31 yaşlı futbolçu bu qərarı axır vaxtlar yaşadığı ciddi zədələrə görə alıb.

Varan İtaliya klubunun məşqçilər korpusunda çalışacağını bildirib.

Karyerasına "Lens" klubunda başlayan Varan 2011-ci ildə 11 milyon avro qarşılığında "Real"a transfer olunub.

Qeyd edək ki, təcrübəli müdafiəçi  "Kral klubu"nun heyətində  4 dəfə Çempionlar Liqasının və 3 dəfə La Liqanın qalibi olub. Varan 2018-ci ildə Fransa millisi ilə Dünya Kubokunu qazanıb.