Frimponq "Bayer"dən ayrılır
"Bayer"in niderlandlı futbolçusu Jeremi Frimponq mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz şəxsi "X" hesabında paylaşım edib.
Almaniya klubu Frimponqu 40-45 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, 24 yaşlı futbolçunun "Bayer"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.