Frimponq İngiltərə nəhənginə transfer olmağa yaxındır
"Bayer"in niderlandlı futbolçusu Jeremi Frimponq karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportline.az "Daily Record" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Frimponqu transfer etməyə yaxındır. Tərəflər arasında ilkin razılıq əldə olunub.
Mersisayd klubu 24 yaşlı futbolçu üçün 50 milyon avro ödəyəcək.
Qeyd edək ki, Frimponqun "Bayer"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 40 matçda 4 qol və 11 məhsuldar ötürmə müəllifi olub.