Frimponqun sərbəst qalma məbləği açıqlanıb

"Bayer"in niderlanlı müdafiəçisi Jeremi Frimponqun sərbəst qalma məbləği açıqlanıb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Frimponqun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

24 yaşlı futbolçunun "Bayer"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Frimponq bu mövsüm çıxış etdiyi 40 matçda 4 qol və 11 məhsuldar ötürmə müəllifi olub.