"Fulhem" PSV-dən futbolçu alır

PSV-nin amerikalı forvardı Rikardo Pepi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Fulhem" 22 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Sözügedən futbolçunun transfer qiyməti 35 milyon avrodur.

Qeyd edək ki, R.Pepi cari mövsüm meydana çıxdığı 21 matçda 10 qol, 2 asistlə yadda qalıb.