"Fulhem"də yeni müqavilə

"Fulhem" sol cinah müdafiəçisi Rayan Sessenyonla yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı futbolçu London klubu ilə 1 illik sözləşməyə qol çəkib.

Qeyd edək ki, R.Sessenyon cari mövsüm meydana çıxdığı 30 matçda 2 qol, 3 asistlə yadda qalıb.