"Fulhem"in vingeri komandasını dəyişə bilər
"Fulhem"in sağ cinah vingeri Harri Vilson komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
"Everton" və "Kristal Pelas" 28 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, H.Vilson cari mövsüm meydana çıxdığı 25 matçda 8 qol, 5 asistlə yadda qalıb.