"Fulhem"in yeni hədəfi
"Fulhem" yay transfer pəncərəsi dövründə heyətinə yeni futbolçular transfer etməyi düşünür.
Sportline.az xəbər verir ki, əsas hədəf "Az Alkmar"ın forvardı Troy Parrottdur.
Bu haqda "İndependent" nəşri məlumat yayıb.
Qeyd edək ki, T.Parrot cari mövsüm meydana çıxdığı 25 matçda rəqib qapılarından 19 top keçirib.