Dünya çempionatlarının məkanları məlumdur

Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın voleybolçuların klublararası növbəti iki dünya çempionatının məkanını açıqlayıb.

Sportline.az xəbər verir ki, 2018 və 2019-ci illərdəki yarışlar Çinin  Çjetszyan şəhərində keçiriləcək.

Qeyd edək ki, bunadək mundiallara  Braziliya (1991, 1994), İtaliya (1992), Qətər (2010, 2011, 2012), İsveçrə (2013, 2014, 2015), Filippin (2016) və Yaponiya (2017) ev sahibliyi edib.